Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev bildirib ki, hüquq-mühafizə orqanları ələ keçirilən bütün inzibati binaları azad edib, kommunal xidmətlərin işi bərpa olunur. O, qazaxıstanlıları məcburi məhdudiyyətlərə səbr göstərməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Turqumbayev bu haqda “Xəbər 24” telekanalının efirində danışıb.
"Sizi sakit olmağa, xüsusilə antiterror əməliyyatlarının aparıldığı yerlərdə ehtiyat tədbirlərinə əməl etməyə çağırıram. Təxribatlara uymayın, bütün şübhəli faktları və şəxsləri polisə xəbər verin. Beləliklə, siz hüquq-mühafizə orqanlarına ölkədə qayda-qanun məsələsinin həllində böyük köməklik göstərmiş olacaqsınız”, – deyə o, qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:39 / 09.01.2022
Qazaxıstanın bütün regionlarında vəziyyət sabitləşib – NAZİRDƏN AÇIQLAMA
Hazırda oxunan: Qazaxıstanın bütün regionlarında vəziyyət sabitləşib – NAZİRDƏN AÇIQLAMA
Hazırda oxunan: Qazaxıstanın bütün regionlarında vəziyyət sabitləşib – NAZİRDƏN AÇIQLAMA
54474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.