Hulusi Akar: "S-400-lərin alınması zərurət idi"

Hazırda oxunan: Hulusi Akar: "S-400-lərin alınması zərurət idi"

54469

"Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir", - nazir qeyd edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin