Cinsi təcavüzkarlar axtalanacaq - İmtina edənlər edam olunacaq

Hazırda oxunan: Cinsi təcavüzkarlar axtalanacaq - İmtina edənlər edam olunacaq

5439

Pakistanın prezidenti, təcavüzkarların sürətli mühakiməsini təmin edən və cinayətkarları kimyəvi axtalamağına icazə verən fərmanı imzalayıb.

Bizim.Media yerli “DAWN “qəzetinə istinadən xəbər verir ki, prosedur cinayətkarların razılığı olmadan həyata keçiriləcək. İmtina halında, təcavüzkarı edam cəzası, ömürlük və ya 25 il həbs cəzası gözləyir.

Qadın və uşaqlara qarşı təcavüz hadisələrinin istintaqını sürətləndirmək üçün ölkə daxilində xüsusi məhkəmələr yaradılacaq.

Həmin məhkəmələr bu cür işlərlə bağlı qərarları, 4 ay ərzində verməli olacaq.

Fərmanda həmçinin, cinsi cinayətlər haqqında məlumat bazasının yaradılması da nəzərdə tutulur.

Təcavüz qurbanlarının məlumatlarının açıqlanması qadağan ediləcək və cinayət əməli sayılacaq. Bu cür işlərin araşdırılmasında səhlənkarlıq göstərən polis və dövlət məmurları 3 il həbs cəzasına məhkum ediləcək və cərimələnəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin