Dünyanın ən böyük vulkanlarından biri aktivləşir - FOTO + VİDEO

Hazırda oxunan: Dünyanın ən böyük vulkanlarından biri aktivləşir - FOTO + VİDEO

54340
Havay adalarında fövqəladə vəziyyət elan edilib.

Havay adalarında yerləşən dünyanın ən böyük vulkanlarından sayılan Kilauea aktivləşməyə başlayıb.

Moderator.az-ın anspress-ə istinadən məlumatına görə, vulkanın şiddətlənməsi nəticəsində bölgədə fövqaladə vəziyyət elan edilib.

Vulkanoloqlar və yerli hakimiyyət vəziyyətin inkişafını diqqətlə izləyirlər. Vulkanın daha çox aktivləşməsi nəticəsində yerli əhalinin təxliyyəsinə başlanılacaq. Belə ki, artıq çatlardan yavaş templə də olsa lava axmağa başlayıb və alimlərin bildirdiyinə görə, aktivlik belə davam edərsə lava bir həftəyə azsaylı yaşayış məntəqələrinə çata bilər.

Vulkanın şimal-şərqində yeni yaranan çatlarda lava ilk öncə yerin altında görsənir və çatların üstünü örtür və daha sonra isə yerin üzərində irəliləməyə başlayır. Arıtq lava hava dəliyindən 8,2 mil (13 km) irəliləyib. Mütəxəssislərin hesablamalarına görə, lava sutka ərzində 820 fut (təq.250 metr) irəliləyir və belə davam edərsə, 4-6 gün ərzində yaşayış məntəqlərinə çata bilər.

Cümə günü Havay mülki müdafiəsindən olan məmurlar vertolyotla vulkan üzərindən keçərək bildirimişdilər ki, lava axını qabağındakı bitki örtüyünü məhv edərək, gün ərzində 150 yard (təq.130 metr) irəliləyib .

Dövlət tərəfindən təhlükəli zonada olan evlərin tərk edilməsi tapşırığı verilməsə də əsasən kənd təsərrüfatı ilə məşğul olan yerli əhali mal qaranı uzaqlaşdırmaq fikrindədir. Belə ki, lava axınının ilk çatacağı nöqtələrdən biri əsas magistral yolu ola bilər. 

Qeyd edək ki, Kilsuea (Havay dilindən tərcümədə püskürən, tez yayılan mənasını verir)- adanın ən cavan və dünyada ən aktiv vulkanlarından biridir. Onun hündürlüyü 1250 metrə çatır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin