Moskvada bazar yanında kütləvi dava

Hazırda oxunan: Moskvada bazar yanında kütləvi dava

54339
Moskvanın dairəvi yolunun 14-cü km-də yerləşən “Sadovod” bazarı yaxınlığında polis taksi sürücüləri arasında kütləvi davanın qarşısını ala bilib.
Dava barədə məlumat polisə ötən gün  Bakı vaxtı ilə 20.46-da daxil olub. Hadisə yerinə yollanan bir neçə polis naryadı kütləvi davanın qarşısını alıb. İnsident nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. “Hadisə yerində polis davanın 40-dək iştirakçısını saxlayıb”, deyə polisdən bildirilib.   
 
İlkin məlumata görə, taksi sürücüləri arasında toqquşma park yerlərinə görə baş verib.
 
Polisdəki mənbənin məlumatına görə, davada iki etnik qrupunun “Sadovod” və “Ptiçiy” bazarları ətrafında taksi fəaliyyəti ilə məşğul olan 100-dən çox nümayəndəsi iştirak edib. Məlumata görə, dava zamanı tərəflər soyuq və travmatik silahdan istifadə edib. /APA/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin