ABŞ paytaxtında sabah 3-cü Türk Mədəni İrsi Aylığı başlayır

Hazırda oxunan: ABŞ paytaxtında sabah 3-cü Türk Mədəni İrsi Aylığı başlayır

54294
Sentyabrın 7-də ABŞ paytaxtında 3-cü Türk Mədəni İrsi Aylığı başlayır. 

Vaşinqtonda yerləşən Amerika Türk Assosiasiyası idarə heyətinin üzvü, “İ.S.LawFirm” hüquq ofisinin rəhbəri İsmayıl Şahtaxtinski bildirib ki, sentyabrın 7-də “Türkiyədən xalq nağılları” kitabının təqdimatı və müzakirəsi ilə Türk Mədəni İrsi Aylığına start veriləcək. 

İngilis dilinə çevrilmiş, müəllifi Serpil Ural olan“Türkiyədən xalq nağılları” kitabında 26 nağıl və əfsanə toplanıb. Yaxın Şərq Sosial Şuranın 2012-ci ildə mükafatını qazanmış kitab “A-dan Z-yə”, yəni Ağrıdan Zəlvəyə qədər  də adlanır. Kitab Qaragöz, Hacivat kimi nağıl obrazlarından, Molla Nəsrəddinin macəralarından bəhs edilir. 

İngilis dilli oxucular Anadolu nağıl qəhrəmanlarının simasında türk mədəniyyəti tarixindən, zəngin ənənələrdən xəbər tuta biləcək. 

İsmayıl Şahtaxtinski deyir ki, Amerika Türk Assosiasiyası arzu edən hər bir kəsi kitab təqdimatına dəvət edir. 

Təqdimat Vaşinqtonda yerləşən Türk evində keçiriləcək. 

Türk Mədəni İrsi Aylığı çərçivəsində türk mədəniyyəti, filmləri, mətbəxi ilə bağlı ayrı-ayrı tədbirlər keçiriləcək. Sentyabrın 28-də isə 12-ci Türk Festivalı ilə aylığa yekun vurulacaq. 

musavat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin