ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək

Hazırda oxunan: ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək

54292
ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək.

Maliyyə yardımı Ukraynanın müdafiə qabiliyyətini artırılmasına sərf olunacaq. Belə ki, bu məbləğ Ukrayna Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Milli Qvardiya üçün nəzərdə tutulub. 

Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Ukraynaya quru yemək, güllə keçirməyən jiletlər, radiostansiyalar, avtomobillər, teplovizorlar , dərmanlar, robot-istehkamçılar, geyim və fərdi müdafiə vasitələri göndəriləcək.

ABŞ həmçinin Ukrayna Müdafiə Nazirliyinin strukturlarının kibermüdafiə və logistika təhcizatının müasirləşdirilməsinə də dəstək verəcək.(ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin