Qazaxıstanda etiraz hərəkatı liderinin kimliyi ÜZƏ ÇIXDI - İnterpol tərəfindən 12 ildir axtarılırdı

Hazırda oxunan: Qazaxıstanda etiraz hərəkatı liderinin kimliyi ÜZƏ ÇIXDI - İnterpol tərəfindən 12 ildir axtarılırdı

54275

Qazaxıstanlı bankir Muxtar Ablyazov ölkəsinin Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün Qərb dövlətlərini Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, xaricdə yaşayan “Bank Turan Alem” ASC-nin (BTA Bank) keçmiş rəhbəri Muxtar Ablyazov “Reuters”ə verdiyi müsahibəsində özünü Qazaxıstanda müxalifət və etiraz hərəkatının lideri adlandırıb.

Ablyazov qeyd edib ki, “Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar”.
 

O, həmçinin bildirib ki, etiraz aksiyası “lazımi əhatə dairəsinə çatarsa” “müvəqqəti hökumətə” rəhbərlik etmək üçün Qazaxıstana qayıdacaq. Parisdə müsahibə verən bankir etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da əlavə edib.


Qeyd edək ki, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başladılıb. Bundan sonra bankir ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin