“Türkiyə İraq və Suriyada yaşayan türklər də daxil olmaqla, ayrı-seçkilik etmədən digər etnik qrupların da haqlarını müdafiə etmək üçün dəstəyini davam etdirəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan iraqlı həmkarı Fuad Hüseynlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İŞİD, PKK, YPG terror təşkilatlarının fəallığı artdığı üçün Türkiyə və İraq arasında viza rejimi yenidən qüvvəyə minəcək:
“Terrorla bağlı narahatlığımız yenə də qalır. Buna görə də viza rejimini yenidən tətbiq etmək məcburiyyətində qaldıq, baxmayaraq ki, iqtisadi və turizm baxımından bu bizim üçün heç əlverişli deyil”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:48 / 16.12.2020
Türkiyə ilə bu ölkə arasında yenidən viza rejimi tətbiq ediləcək
Hazırda oxunan: Türkiyə ilə bu ölkə arasında yenidən viza rejimi tətbiq ediləcək
Hazırda oxunan: Türkiyə ilə bu ölkə arasında yenidən viza rejimi tətbiq ediləcək
5427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.