Şimpanze Ebola xəstəliyinə çarə olacaq

Hazırda oxunan: Şimpanze Ebola xəstəliyinə çarə olacaq

54222
Şimpanze Ebola xəstəliyinin müalicəsinə kömək ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə mübarizə üçün iki ən perspektivli dərmanın hazırlanacağını bildirib. Bu iki dərmandan biri şempanzedən əldə olunan adenovirus vasitəsi ilə hazırlanacaq. 

Əgər vaksinlərin təhlükəsizliyi sübut edilərsə, o zaman noyabr ayından etibarən xəstəliklə mübarizə aparan ölkələrdə tibbi məqsədlər üçün istifadə ediləcək. Bununla da Ebolaya yoluxmuş insanların müalicəsi mümkün olacaq. 

İlin sonuna kimi şimpanzenin adenovirusu əsasında 15 min preparatın hazırlanması nəzərdə tutulur. 

Digər bir preparat olan vezikulyar stomatitin virusuna əsaslanan vaksinin kliniki sınaqlarına isə yaxın vaxtlarda başlanacaq. Hal-hazırda bu preparatdan təxminən 800 ədəd var.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin