Prezident qırğız deputatlara müraciət etdi: "Ordumuza mane olmayın..."

Hazırda oxunan: Prezident qırğız deputatlara müraciət etdi: "Ordumuza mane olmayın..."

54153

Qırğızıstan Prezidenti Sadır Japarov deputatlara müraciət edib.

Bizim.Media xəbər verir ki, o, parlament üzvülərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində öz hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstan və Tacikistan prezidentləri razılığa gəldilər – Sərhəddə atışma olmayacaq


"Hərbçilərimizi qazax qardaşlarımıza atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza da atəş açmayacaq. Əksinə sabitliyi gücləndirmək üçün kömək etməyə göndəririk", - S.Japarov "Facebook" hesabında yazıb.

Qeyd edək ki, bu sözügedən məsələ ilə bağlı parlamentin iclası yetərsay olmadğı üçün baş tutmayıb. İclas yanvarın 7-nə təxirə salınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin