Keçən il Türkiyədə neçə zəlzələ qeydə alınıb? - RƏSMİ

Hazırda oxunan: Keçən il Türkiyədə neçə zəlzələ qeydə alınıb? - RƏSMİ

54146

Keçən il Türkiyə və yaxın ətrafında 23 min 753 zəlzələ qeydə alınıb ki, bu da orta hesabla gündə 65, saatda isə 3 yeraltı təkan deməkdir. Bunlardan ən çoxu (2 577) avqust ayında meydana gəlib. Bu zəlzələlərdən üçü 6-6,9, 26-sı 5-5,9 bal gücündə olub.

Bizim.Media xəbər verir ki, Türkiyədə baş verən seysmik hərəkətlənmə ölkənin Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) tərəfindən 1143 zəlzələ qeyd stansiyası vasitəsilə izlənilir. 

Alınan qeydlər əsasında zəlzələnin böyüklüyü, başvermə vaxtı, yeri, dərinliyi, əhatə dairəsi kimi məlumatlar toplanaraq yeraltı təkanlar zaman və məkandakı dəyişmə xüsusiyyətləri təhlil olunur, gələcəkdə baş verə biləcək yeraltı təkanların maqnitudası və başvermə ehtimalı təxmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin