Almatıdakı Respublika meydanında təhlükəsizlik qüvvələri ilə toqquşmada azı 30 etirazçı həlak olub.
Bizim.Media xəbər verir ki, informasiyanı Orda.kz saytı müstəqil koordinasiya qərargahının rəhbəri Jasaral Kuanışalinə istinadən yayıb.
Kuanışalinin sözlərinə görə, şəhərdə həqiqi güllə atılıb və sübut kimi o, gilizləri jurnalistlərə göstərib.
Yanvarın 6-da səhər saatlarında Almatıda hərbçilərlə etirazçılar arasında toqquşmalar başlayıb. Almatı vilayətinin sakinləri sosial şəbəkələrdə və messencerlərdə bildiriblər ki, meydanda qatı duman olub, heç nə görünmürdü, lakin pulemyotlardan atəş səsləri eşidilib. Sirenlər və evakuasiya elanları səslənib.
TASS avtomatlı hərbçilərin meydanı “təmizlədiyi” haqda video yayımlayıb.
Bundan əvvəl şəhər polisi onlarla nümayişçinin öldüyünü bildirmişdi. Həmçinin rəsmi məlumatlara görə, 14 təhlükəsizlik işçisi öldürülüb.
Yanvarın 6-na keçən gecə Telegram kanalları morqdan video paylaşıb. Dediklərinə görə, orada ölən etirazçıların onlarla cəsədi var.
Qazaxıstanda artıq beşinci gündür ki, maye qazın kəskin bahalaşması ilə bağlı etirazlar səngimir. Yanvarın 2-də Janaozendə başlayan mitinqlər sonradan bir çox başqa yaşayış məntəqələrinə də yayılıb.
Yanvarın 4-ü axşam saatlarında etirazlar ölkənin əksər hissəsini bürüyüb. Yanvarın 5-də etirazlar güclənib, təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb, ölənlər var. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstana “sülhməramlı qüvvələrin” gətiriləcəyini açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:15 / 06.01.2022
Almatıda toqquşmada 30 etirazçı həlak olub - Müstəqil koordinasiya qərargahı
Hazırda oxunan: Almatıda toqquşmada 30 etirazçı həlak olub - Müstəqil koordinasiya qərargahı
Hazırda oxunan: Almatıda toqquşmada 30 etirazçı həlak olub - Müstəqil koordinasiya qərargahı
54121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.