Rus qoşunu Ukraynada - VİDEO

Hazırda oxunan: Rus qoşunu Ukraynada - VİDEO

54114
Amerikalı jurnalistlər Ukraynanın Mariupol şəhəri yaxınlığında Rusiya hərbçilərinin və texnikasının görüntülərini çəkiblər. 

Moderator.az-ın məlumatına görə, "SkyNews"un müxbirinin çəkdiyi videoda Rusiya qoşunlarının zirehli maşınlardan ibarət konvoyu əks olunub. Müxbir qeyd edir ki, hərbçilər xüsusi geyimlərlə təchiz edilib və onların xüsusi döyüşçülər olduqları ehtimal olunur. 

Qeyd edək ki, artıq Mariupol ətrafı ərazilər Rusiya Federasiyasının ağır artilleriyaları ilə əhatə edilib. Rusiya qoşunları Mariupola gedən yolda xeyli ərazini tutub. 

Bu baş verənlərə baxmayaraq Rusiya tərəfi məlumatları təkzib edir və Ukrayna ərazisində hərbi qüvvələrinin olmadığını iddia edir. 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin