Türkiyədə karantin qaydalarına dəyişiklik edildi - Müddət azaldıldı

Hazırda oxunan: Türkiyədə karantin qaydalarına dəyişiklik edildi - Müddət azaldıldı

54024

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, videokonfrans vasitəsilə keçirilən Koronavirus Elmi Komitəsinin iclasından sonra ölkədə koronavirusa yoluxmuş şəxslərin karantində qalmaq müddəti ilə bağlı dəyişiklər edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirin rəsmi "Twitter" səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir ki, iclasda epidemiya ilə bağlı məsələlər, karantin qaydaları və peyvənd proqramı müzakirə olunub.

Nazir həmçinin vurğulayıb ki, koronavirusun "omicron" ştamı, gözlənildiyi kimi, yoluxanların sayında əhəmiyyətli artıma səbəb olub.

"Koronavirusa yoluxanların karantin müddəti 7 gün müəyyən edilib. 7-ci gündən sonra yüngül və ya simptomları olmayan insanlar üçün karantin müddəti başa çatır. Onlar 5-ci gün testdən keçərsə və testin nəticəsi mənfi olarsa, karantin müddəti başa çatır", - deyə Koca bildirib.

O, əlavə edib ki, məktəblərdə maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və otaqların havalandırılması qaydalarına tam riayət etmək tələb olunur. Məktəblərdə əyani tədris davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin