Rəsmi Nur-Sultandan media nümayəndələrinə XƏBƏRDARLIQ

Hazırda oxunan: Rəsmi Nur-Sultandan media nümayəndələrinə XƏBƏRDARLIQ

54022

Qazaxıstanın İnformasiya və Sosial İnkişaf Nazirliyi KİV-ə və sosial şəbəkə istifadəçilərinə fövqəladə vəziyyət dövründə qanunlara əməl etməyin zəruriliyi ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Nazirliyin xəbərdarlığında, həmçinin sosial şəbəkələrin və messencerlərin istifadəçiləri fövqəladə vəziyyət şəraitində qanunvericiliyə ciddi əməl etməyə, bilərəkdən yalan məlumatların, eləcə də ölkədə sabitliyi poza biləcək digər qanunsuz məlumatların yayılmasının qarşısını almağa çağırılır.

Xatırladaq ki, ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Nur-Sultan, Almatı şəhərində, Almatı və Mangistau bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin