Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, respublikada etiraz vəziyyətinin yaranmasında günahkar hökumətdir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
Prezident administrasiyasının saytında xəbər verildiyi kimi, o, ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib.
"Prezident bildirib ki, Baş nazir Əsgər Mamin istefa ərizəsi yazıb. O, dövlət başçısı tərəfindən qəbul edilib. Ölkədə qeydə alınan ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin, maye qazın qiymətinin artmasının günahı hökumətin üzərinə düşür”, - deyə məlumatda bildirilir.
Əlavə edilir ki, Tokayev “fövqəladə vəziyyətin tətbiqindən sonra Almatı və Manqistau vilayətində vəziyyətin tədricən düzəldildiyini” qeyd edib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Tokayev altı ay müddətində maye qazın və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər icra hakimiyyətinin nümayəndələri öz vəzifələrini icra edəcəklər.
Bizim.Media