Baş prokuror işdən uzaqlaşdırıldı

Hazırda oxunan: Baş prokuror işdən uzaqlaşdırıldı

5379

Cənubi Koreyanın Ədliyyə Nazirliyinin intizam Komitəsi ölkənin baş prokuroru Yun Sok Yolu müxtəlif qanun pozuntularına görə, vəzifəsindən 2 ay müddətinə uzaqlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə KBC telekanalı məlumat yayıb.

Məlumata görə, qərar 16 saat davam edən ikinci iclasdan sonra qəbul edilib. Belə ki, noyabr ayında Ədliyyə naziri Çu Mi E, Yun Sok Yeola qarşı irəli sürülmüş 6 ittiham əsasında intizam cəzası tələb edib.

Kollegiya Yeola qarşı səsləndirilən 6 ittihamdan 4-nü ''hakimlərin qanunsuz izlənməsi, yoxlama və istintaqın aparılmasına əngəllər yaratmaq və yolverilməz ifadələr'' haqlı hesab edib.

Yun Sok Yeol isə hökmlə razılaşmadığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Cənubi Koreya tarixində ilk dəfədir ki, baş prokuror intizam cəzasına məruz qalır. Ədliyyə Nazirliyinin təcrübəsində, işçinin yol verdiyi pozuntuların şiddətindən asılı olaraq beş növ cəza mövcuddur.

Ən asanı töhmət vermək, ən ciddi isə işdən çıxarılmadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin