ABŞ “5G”-yə keçidi təxirə saldı – Hansı təhlükələr gözlənilir?

Hazırda oxunan: ABŞ “5G”-yə keçidi təxirə saldı – Hansı təhlükələr gözlənilir?

53760

ABŞ-ın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “AT&T” və “Verizon”, hava yolları və federal hökumət tərəfindən bildirilən təhlükəsizlik problemləri səbəbindən yeni 5G simsiz şəbəkə xidmətlərinin aktivləşdirilməsini təxirə salıb.

Bizim.Media məlumat verir ki, ABŞ-da “AT&T” və “Verizon” şirkətləri 5G şəbəkəsinin aviasiya sistemlərində çaşqınlıq yarada biləcəyi ilə bağlı narahatlıqlardan sonra yeni xidmətin aktivləşdirilməsini 2 həftə təxirə salmaq qərarına gəliblər.

Mövzu ilə bağlı verdiyi açıqlamada “AT&T” şirkətinin sözçüsü, "Biz bilirik ki, aviasiya təhlükəsizliyi və 5G birlikdə mövcud ola bilər. Əminik ki, daha çox əməkdaşlıq və texniki mülahizələr istənilən problemi həll edəcək" ifadələrdən yer verib.

“Verizon” şirkətindən verilən açıqlamada isə gecikmənin yanvarın sonunda yeni xidmətin təqdimatını "yekunlaşdıracağı" qeyd olunub.

Qeyd edək ki, hər iki şirkət çərşənbə günü ABŞ-ın bir neçə şəhərində yeni 5G xidmətlərini təqdim etməyi planlaşdırırdı.

Federal Aviasiya İdarəsi isə şirkətlərdən planı iki həftə təxirə salmağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin