Kanada İrandan 107 milyon dollar tələb edir

Hazırda oxunan: Kanada İrandan 107 milyon dollar tələb edir

53756

Kanadanın Ontario əyalətində baş tutan məhkəmə prosesində İrana qarşı 107 milyon dollar dəyərində təzminat cəzası verilib.

Bizim.Media məlumat verir ki, sözügedən qərar İran Hərbi Hava Qüvvələri tərəfindən vurulan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi ilə bağlıdır.

Belə ki, Ukrayna Hava Yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci il tarixində Tehran Beynəlxalq İmam Xomeyni hava limanından Kiyevə getmək üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Təyyarədə olan 176 nəfərdən sağ qalan olmayıb. Təyyarədə həyatını itirənlər arasında 63 Kanada vətəndaşı da var.

İran rəsmiləri təyyarənin vurulması ilə bağlı iddiaları qəbul etməyib və daha sonra Baş Qərargah Ukrayna təyyarəsinin "insan səhvi" nəticəsində hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan iki raketlə vurulduğunu açıqlayıb. 

İran hadisədən təxminən bir il sonra 30 dekabr 2020-ci ildə həyatını itirənlərin hər birinin ailəsinə 150 min dollar təzminat ödəyəcəyini açıqlayıb.

Lakin zərəçəkənlərin yaxınları İranın təzminat qərarı ilə razı deyil.

Yeni qərarda isə zərərçəkənlərin ailə üzvlərinə 7 milyon dollar təzminat verilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin