“Apple” şirkəti bazar dəyəri yenidən yüksəlib.
Bizim.Media-nın məlumatına görə, texnologiya nəhəngi “Apple" birjada dəyəri 3 trilyon dolları keçən ilk şirkət oldu.
Covid-19 pidemiyasının başladığı dövrdən bəri səhmləri 3 dəfədən çox artan Apple-ın səhm dəyəri bazar ertəsi günü 3 faizə yaxınlaşıb.
Bu ilin ilk günündə şirkətin səhmlərinin qiyməti 182,88 dollara yüksəlib və “Apple” bu göstəricilərə çatan ilk şirkət olmağı bacarıb.
"Apple" şirkətini 2,5 trilyon dollarlıq bazar kapitalı ilə “Microsoft” və 1,9 trilyon dollar ilə "Google"un əsas şirkəti “Alphabet” izləyir.
Qeyd edək ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan “Apple”, 19 avqust 2020-ci ildə 2 trilyon dollar çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:11 / 04.01.2022
Apple şirkətinin bazar dəyəri 3 trilyon dolları keçdi
Hazırda oxunan: Apple şirkətinin bazar dəyəri 3 trilyon dolları keçdi
Hazırda oxunan: Apple şirkətinin bazar dəyəri 3 trilyon dolları keçdi
53754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.