Kennedinin QƏTLİ: Amerikalıların inanmadığı SƏBƏB və açılmayan SƏNƏDLƏR

Hazırda oxunan: Kennedinin QƏTLİ: Amerikalıların inanmadığı SƏBƏB və açılmayan SƏNƏDLƏR

53740

22 noyabr 1963-cü ildə ABŞ Prezidenti Con Kennedi tüfəngdən açılan atəşdən sonra ölümcül yaralanıb.

Bizim.Media xəbər verir ki, Kennediyə sui-qəsdən 1 il öncə ABŞ-ın Avstraliyadakı səfirliyinə zəng daxil olur və onlara Kennedinin qətlə yetiriləcəyi barədə məlumat verilib.

•Bu informasiya Kennedinin işi ilə bağlı 2021-in dekabrında ictimaiyyətə açıqlanan 1500 sənəddən yalnız birində var.

Mərkəzi Kəşfiyyat İdarəsi və Osvald

MKİ-nin informasiyaları daha çox maraq doğurub. Orada Li Harvi Osvaldın izlənməsindən bəhs olunur. Belə ki, Dallasdakı atəşdən 2 ay qabaq Osvald Meksikaya gedib və orada SSRİ "KQB" agentlərilə görüşüb. 

•Kennedinin qətli bağlı 15 min sənəd hələ də məxfi saxlanılır. Bayden onların bir qisminin 2022-ci ilin dekabrında ictimailəşəcəyini bildirib.

Agent "Perekati-pole"

Fotoqraf adı ilə Meksikaya gedən agent Li Harvi 3 dəfə Kuba səfirliyində olub. Məqsədi Kuba və SSRİ-yə səfər idi. SSRİ-nin Mexikodakı səfirlik rəsmisi olan Valeri Kostikovla da görüşüb.

MKİ-nin məlumatına görə, Kostikov sui-qəsd və partlayışlarla məşğul olan "KQB" agenti olun. 13-cü idarə deyilən bölmənin xəfiyyəsi. FTB-nin əldə etdiyi məlumata görə, rusların "Perekati-pole" dedikləri Osvald Nyu-Yorkda da digər "KQB" əməkdaşı Oleq Brıkinlə bir araya gəlirdi.

Osvaldın həyat yoldaşı SSRİ vətəndaşı Marina Prusakova olub. 

•Kennedinin qətlindən 2 gün sonra özünü polşalı "şofer" kimi təqdim edən biri yenə ABŞ səfirliyinə zəng vuraraq sui-qəsd üçün SSRİ-nin çox pul xərclədiyini deyib.

Qeyd edək ki, Con Kennedi SSRİ ilə münasibətləri yaxşılaşdırmaq istəyirdi və Amerika xüsusi istintaq idarələri də sui-qəsddə Sovet İttifaqının əlinin olmadığını təsdiqləyib.

Uorren Komissiyasının 1964-cü ildəki yekun açıqlamasında Kennedini Osvaldın öldürdüyü bildirilib. Amma hüquq mühafizəçilərin bəziləri qətli Li Harvi Osvaldın tək icra etdiyinə inanmırdılar.

Osvaldın özü isə bildirib ki, "bu, mənim qurban gətirildiyim oyundur". Yəni, onun özü cinayət ittihamını inkar edib.

•Kemnedinin qətlindən cəmi 2 gün sonra əsas şübhəli Osvald həbsxanaya aparılarkən, ona Cek Rubi adlı gecə klubu sahibindən atəş açılır. Osvald da Kennedinin öldüyü xəstəxanada dünyasını dəyişir.

Xatırladaq ki, amerikanların 70 faizi Con Kennedinin ölümü ilə bağlı rəsmi versiyaya inanmırlar. Hətta bəzi sorğulardakı (2017) ABŞ vətəndaşlarının 61 %-i Osvaldın qətli tək törətmədiyini iddia edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin