Əvvəlcə qeyd edək ki, "The Economist" jurnalının üz qabıqlarındakı fotolar yaşanacaq il üçün siyasi proqnoz, daha doğrusu, böyük güclərin növbəti il üçün planlarıdır.
Jurnalın isə Rotşildlərə, massonlara aid olduğu deyilir. Bəzi insanlar nəşrin dərc etdiyi fotomesajları qeyri-ciddi qəbul etsə də, daha əvvəlki üz qabıqlarında qeyd olunanlar baş verib. Örnək kimi ötən il Türkiyədəki meşə yanğınlarını da göstərmək olar.
Bizim.Media xəbər verir ki, "The Economist"in bu dəfəki üz qabığında növbəti şifrəli foto var. Şəklin əsas qəhrəmanları isə möcüzələr diyarında olan Alisa, sirli təbəssümü olan çeşir pişiyi, dovşan, ilan, valyutalar əks olunan qəpiklərdir.
Çeşir pişiyi
Adını İngiltərənin müvafiq qraflığından götürüb və çeşir pişiyi kimi gülmək haqqında müxtəlif versiyalar mövcuddur. Bunu eyniadlı pendirə bənzədənlər, həmin qraflıqdakı vəzifəlilərə hətta pişiklərin də güldüyü anlamlarındadır. Bundan başqa:
• Dünyada nəyəsə ciddi yanaşmaq ən böyük səhvdir
• Mən dəli deyiləm, sadəcə reallıqlarımız fərqlənir
• Dünyamızda hər şey mümkündür. Daha dəqiq desək, mənim dünyamda mənim qanunlarımla
• Təhdid, vəd və yaxşı niyyətin heç biri fəaliyyət deyil
• Çeşir pişiyi gülürsə, bu kiməsə lazımdır
Bu versiyaları nəzərə alsaq, fotodakı gülən pişik böyük güclərin yeni yaşam qaydaları hazırladığı və şərtlərə əməl etməyənlərin məhv olacağı xəbərdarlığıdır.
Alisa möcüzələr ölkəsində
- Sonradan bəlli olub ki, heç də uşaq əsəri deyil.
- Əsərdə müxtəlif ehtiras elementləri aşkarlanıb.
- Uşaqlıqdan intim yaşa keçidin təbliği aşılanıb.
- Kimliyinə (cins, irq, etnik, dini, siyasi) tərəddüd, hökumətlə mübarizə təbliği var.
- Ekspertlər çəyirtkənin qəlyan çəkməsini narkomaniya çağırışı sayır.
Yəni bizi LGBT fəallığı, seksual müxtəliflik, insan alveri, pozğunluğun heç də azalmayacağı bir il gözləyir. Eyni sözləri narkomaniyaya da aid etmək olar.
Dovşan
Daha çox siyasi mahiyyət kəsb edir. XIX əsrdə Britaniyanın durumu və kaloniyalizmin tənqididir. Çünki dovşanın qazdığı dəliyə dalan Alisa başqa dünyalara düşür. Bu isə yeni işğallara, müstəmləkəçiliyə da işarə ola bilər. Növbəti plan Qərb dəyərlərini bütün dünyaya sırımaqdır.
Valyuta qəpikləri
Bunu dollardan "Bitcoin"ə - əskinaslardan kriptovalyutalara keçid kimi də qiymətləndirmək olar. Əslində koinlərin düşüşü kimi də yozmaq mümkündür. Çünki fotodan da göründüyü kimi, "Ethereum" dovşanın qazdığı deşiyə tullanır və ondan əvvəl də hansısa valyuta düşüb.
Növbədə dollar və digərləridir, onları yola salan isə "Bitcoin"dir. Odur ki, valyuta alışlarında ehtiyatlı olmaq lazımdır. Hər halda beynəlxalq birjaları bu jurnal sahiblərinin idarə etdiyi barədə də informasiya az deyil.
İlan
Ümumdünya Səhiyyə Təşkilatının, ümumiyyətlə apteklərin də əsas simvolu ilandır. Tövrat və Zəburda çılpaqlıq, bicliyi ifadə edən ilan Kabbala elmində xaos, güc, od kimi də anlaşılır.
Oxşar inanclara görə, Həvvanı da ilan yoldan çıxardıb. İslama aid hədislərdən birində isə deyilir ki, ilan öldürülməsinə icazə verilən ziyanvericilərdəndir. Fotoda ilanın olması pandemiyanın davam edəcəyi, yaxud başqa forma alacağı ola bilər.
Əslində isə dərman monopolistlərinin dünyada artan siyasi-iqtisadi hökmü də aktualdır. 2021-in sonunda yayılan məlumatlarda ilan zəhəri xərçəng müalicəsi kimi qeyd olunub. Jurnalda ilanın yer alması bu il xərçəng müalicəsinin tapılacağı anlamını da daşıya bilər.
Sonda qeyd edək ki, Alisa və digər elementlər dairəyə alınıb. Dairənin isə əbədilik olması xristianlıqda da qəbul edilib. Bundan başqa, maraq doğuran digər nüans qırmızı göbələklərdir. Meşədə qırılan ağac və yanmış kimi qaranlıq hissəni yanğına, savaşa yozmaq olar. Sadəcə, qaynar nöqtə sıx meşələri olan yerdir, Yaxın Şərq, Liviya yox.
Anar Rəhimov, Bizim.Media