Misir ötən il Süveyş kanalında gəmilərin keçidindən 6,3 milyard dollar gəlir əldə edib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə məlumat verib.
İdarə rəisinin sözlərinə görə, 2021-ci ildə Süveyş kanalından daxil olan vəsait 2020-ci il ilə müqayisədə 12,8 faiz, yəni 720 milyon dollar artıq olub.
O əlavə edib ki, Avropa və Asiya arasında ən əlverişli keçid olan bu kanalın genişləndirilməsi istiqamətində işlər də öz bəhrəsini verib.
Belə ki, Süveyş kanalının yük ötürücülük qabiliyyəti illik 1,27 milyard tona çatdırılıb ki, bu rəqəm 2020-ci illə müqayisədə 8,5 faiz çoxdur. Ümumiliklidə ötən il kanaldan 1532 gəminin təhlükəsiz keçidi təmin edilib.
Ötən ilin martında 224 min ton yük daşıyan nəhəng “Ever Given” gəmisinin Süveyş kanalında yaratdığı problem nəticəsində 6 gün gəmilərin keçidi dayanmışdı.
Bu insident Misir iqtisadiyyatına milyonlarla dollar həcmində zərər vurmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:10 / 03.01.2022
Misir Süveyş körfəzindən əldə etdiyi gəlirləri AÇIQLADI
Hazırda oxunan: Misir Süveyş körfəzindən əldə etdiyi gəlirləri AÇIQLADI
Hazırda oxunan: Misir Süveyş körfəzindən əldə etdiyi gəlirləri AÇIQLADI
53614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.