“Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair sənədlər tamamlanmaq üzrədir” – KREMLDƏN AÇIQLAMA 

Hazırda oxunan: “Cənubi Qafqazda kommunikasiyaların açılmasına dair sənədlər tamamlanmaq üzrədir” – KREMLDƏN AÇIQLAMA 

53589

İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir.  

Bizim.Media xəbər verir ki, bunu TASS -a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. 

O əlavə edib ki, Rusiya rabitə blokunun açılması prosesinin birbaşa iştirakçısıdır. 

"Əslində, biz hər iki ölkənin dinc yanaşı yaşamasından konkret praktiki fayda əldə etmə imkanından danışırıq. Biz əsas diqqəti birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanmasının tezliklə başa çatdırılmasına və konkret layihələrin işə salınmasına yönəldirik", - Rusiya rəsmisi bildirib. 

O xatırladıb ki, 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan, Rusiya və Azərbaycan liderləri üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

İşçi qrup dəmir yolu və avtomobil kommunikasiyalarının bərpası üçün hazırlıq işləri görüb və 2021-ci il noyabrın 26-da Soçidə üç ölkənin liderlərinin razılaşmaları ilə birgə işə təkan verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin