Virusologiya professoru, Anatoli Altşteyn COVID-19 pandemiyasının 2022-ci ildə sona çatması üçün tələb olunan addımları sadalayıb.
Bizim.Media “URA.ru”ya istinadla xəbər verir ki, Altşteynin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2023-cü ildə də davam edəcək.
"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki peyvəndlərimiz var, vaksinləri təkmilləşdirmək mümkündür, peyvəndi istehsal etmək mümkündür. Mən təkcə Rusiya üçün yox, ümumiyyətlə dünya haqqında danışıram", - deyə ekspert qeyd edib.
Rusiyalı virusoloq Pyotr Çumakovun fikrincə isə, 2022-ci ildə virusun insanların həyat və fəaliyyətlərinə təsirləri xeyli azalacaq.
“Hesab edirəm ki, çox tez yayılan və ciddi təzahürlərə səbəb olmayan Omicron-un yaranması ilə əlaqədar hər şey səngiyəcək”, - virusoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:28 / 02.01.2022
Pandemiya 2022-ci ildə sona çata bilər – Professordan İDDİA
Hazırda oxunan: Pandemiya 2022-ci ildə sona çata bilər – Professordan İDDİA
Hazırda oxunan: Pandemiya 2022-ci ildə sona çata bilər – Professordan İDDİA
53588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.