Türkiyə Qara dəniz qazı ilə TƏMİN OLUNACAQ

Hazırda oxunan: Türkiyə Qara dəniz qazı ilə TƏMİN OLUNACAQ

53577

“2022-ci ildə Türkiyənin Qara dənizdə hasil etdiyi qaz bu ölkənin bütün guşələrinə axacaq”. 

Bizim.Media xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez bildirib.

Türkiyənin şimalındakı Zonquldakın Filyos vilayətində tikilməkdə olan təbii qaz emalı zavodunu ziyarət edən nazir Qara dənizdən quruya qaz veriləcəyini bəyan edib:

“Zavodun ilkin gücü sutkada on milyon kubmetr təşkil edəcək, lakin sonra biz bu rəqəmi 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq”.

Nazirin sözlərinə görə, bu miqyasda və bu gücə malik müəssisə Avropada birinci yeri tutacaq:

“Sənaye kompleksinin 2022-ci ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir. Bu qurğu Türkiyənin paylayıcı sisteminə qoşulduqdan sonra Qara dəniz qazı Türkiyənin hər yerində istifadə olunacaq. Bundan həm türk xalqı, həm də dövlətin özü faydalanacaq”, - deyə Dönmez vurğulayıb.

Xatırladaq ki, nazir daha əvvəl bildirmişdi ki, Qara dənizdə bu yaxınlarda kəşf edilən Sakarya təbii qaz yatağı ölkənin daxili tələbatının az qala üçdə birini ödəyə biləcək.

Onun sözlərinə görə, bu, istehsal gücü 2027-ci ilə qədər maksimuma çatdıqda baş verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin