Serj baş nazirə hücum edir

Hazırda oxunan: Serj baş nazirə hücum edir

53518
Ermənistanda “Qaraba𔝠klanının nümayəndəsi prezident Serj Sarkisyanla baş nazir Ovik Abramyan arasında başlamış klan davası artıq mətbuat səhifələrinə keçib. Bu gün belə bir materialla erməni jürnalist Romella Mnasakanyan çıxış edib. “Armenian Report”da məqalə dərc etdirən Romella Mnasakanyan Ovik Abramyanı siçovul adlandırıb və onun özünü ali hakim kimi apardığını vurğulayıb. Məqalədə Ovik Abarmyanın Ermənistan hökumətinin aparat rəhbəri David Arutunyanın üzərinə qışqıraraq “David, mənimlə eyni səviyyədə danışma” deməsindən bəhs edilir. Romella Mnasakanyan üzünü Davidə tutaraq yazır: “Gerçəkdən Arutunyan “Siçovul”la necə danışıb? Bilmir ki, qarşısında Artaşat rayonunun Mxçyan kəndinin sakini oturub. Hələ 1980-ci ildə kəndlərindəki “AvtoVAZ”da işləyib. Yəni başdan ayağa əsilli, nəsilli, “ağsümük” bir addımdır!”. Məqalə müəllifi bununla Ovik Abramyanın yerli erməni olması ilə fəxr etməsinə işarə vurub. Böyük ehtimalla, müxalifət mətbuatının Ovik Abramyanın üzərinə bu cür hücuma keçməsinin arxasında “Qaraba𔝠klanı durur. Artıq 15 ildən çoxdur ki, “Qaraba𔝠klanının zülmünə dözən yerli ermənilər Ovik Abramyanı hakimiyyətə gətirmək istəyirlər. Əslində, Qarabağ məsələsində daha loyal davranan yerli ermənilərin hakimiyyəti götürməsi hazırda problemi həll etməklə Qafqazı tam nəzarətə götürmək istəyən Moskva üçün də əlverişlidir. Bu isə, təbii ki, “Qaraba𔝠klanını hərəkətə keçməyə vadar edir.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin