Avropa Yeni ili “səssizcə” qarşıladı

Hazırda oxunan: Avropa Yeni ili “səssizcə” qarşıladı

53458

Bir sıra Avropa ölkələri yeni ili koronavirusun (COVID-19) omikron ştammının yayılması ilə bağlı yeni karantin məhdudiyyətləri fonunda qeyd ediblər. 

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Yeni il gecəsi irimiqyaslı küçə tədbirləri olmadan keçib və Avropa sakinləri evdə televiziya verilişlərinə baxmaqla bayramı qeyd etməyə məcbur olublar. 

Xüsusilə, Berlində pandemiyadan əvvəl hər il 100 mindən çox tamaşaçı toplayan Brandenburq qapısında artıq ikinci ildir ki, atəşfəşanlıq olmayıb.

Omikronla mübarizə çərçivəsində atəşfəşanlıq Niderlandda da məhdudlaşdırılıb. Ölkədə pirotexniki vasitələrin satışını da qadağan edib, lakin bu ölkə sakinlərini dayandırmayıb: qonşu ölkələrdən, xüsusən də Belçikadan qaçaqmalçılıq genişlənib.
İsveçdə isə əksinə, sosial məsafəyə riayət edilmədən atəşfəşanlıq edilib. İctimai Səhiyyə Agentliyinin məlumatına görə, İsveçdə son 24 saat ərzində 10 874 koronavirusa yoluxma halı aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin