Amerikalı jurnalist Ceyms Foulinin İŞİD üzvləri tərəfindən öldürülməsindən sonra ABŞ yeni bir faciə ilə üz-üzə qalıb.
ABŞ vətəndaşı olan reper Duqlas Makautur Makkeynin Suriyada “İslam Dövləti” (İŞİD) terror qruplaşması üçün döyüşərkən öldüyü məlum olub.
Azad Suriya Ordusu qüvvələri qarşıdurma zamanı öldürdükləri İŞİD üzlərindən birinin üzərindən ABŞ pasportu çıxarıblar və onun reper Makkeyn olduğu bildirilir.
Reperin ailə üzvləri 33 yaşlı Makkeynin xristian olaraq yetişdirildiyi, lakin 10 il əvvəl islam dinini seçdiyini söyləyib.
Qeyd edək ki, İŞİD tərəfdarı olan Makkeyn bir neçə ay əvvəl Türkiyə üzərindən Suriyaya keçmişdi. Ailəsi isə onun Türkiyədə olduğunu fikirləşirdi. (ans)




































































































