Amerikanın Arizona əyalətində dəhşətli hadisə baş verib. Musavat.com-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə, 9 yaşlı bir qız silah təlimi alarkən səhvən müəllimi Charles Vaccayı öldürüb. Adı açıqlanmayan qızın tətiyi çəkərkən silahın kontrolunu saxlaya bilmədiyi ifadə edilib.
Təlim mərkəzi müdirinin NBC NEWS-a açıqlamasında səkkiz yaşından böyük uşaqların valideynlərinin icazəsi ilə silah təlimi alabildiyi əks olunub.
Qızlarının silah təlimini telefonlarına çəkən ailə görüntüləri polisə təslim edib. Musavat.com olaraq həmin görüntünü təqdim edirik.






























































































