Ərəblər Liviyanı bombalayır - Amerika isə xəbərsizdi

Hazırda oxunan: Ərəblər Liviyanı bombalayır - Amerika isə xəbərsizdi

53205
“New York Times” qəzetinin bugünkü sayında sensasion hesab olunacaq bir yazı verilib. Qəzet bildirir ki, son 7 gündə Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcı təyyarələri 2 dəfə gizli şəkildə Liviyanı bombalayıb. Hava zərbələri Tripolidə hakimiyyəti ələ almaq uğrunda savaşan islamçı milislərə qarşı həyata keçirilib. 

Ən maraqlısı isə odur ki, ABŞ-ın bu hava zərbələrindən xəbəri belə olmayıb, Misir və BƏƏ Ağ Evi məlumatlandırmağı lazım bilməyiblər. Misirlilər isə indi də Amerikalı diplomatlara hava hücumlarında iştirak etmədiklərini təkidlə bəyan edirlər. 


Bu barədə qəzetə dörd nəfər yüksək rütbəli şəxs məlumat verib. Mənbə bildirib ki, Misir və BƏƏ Amerikanın ən yaxın müttəfiqidir və hərbi sahədə də bu ölkələrin ciddi münasibətləri var. Xüsusən, Qahirə ilə Vaşinqton arasında sürətlə sıxlaşan müttəfiqlik məsələsinə bu gizli uçuşlarla ciddi xələl gəlib. 

Qəzet yazır ki, ötən il Misirdə islamçı prezident devriləndən sonra Səudiyyə Ərəbistanı, BƏƏ və Misir regionda “Müsəlman qardaşları”na bağlı bütün qüvvələri məhv etmək istiqamətində birgə və koordinə edilmiş fəaliyyətə başladılar. Bu fəaliyyət media, diplomatiya və siyasi müstəvidə özünü açıq biruzə verir. 

“New York Times” yazır ki, Türkiyə və Qatar isə əksinə, bölgədə islamçıların fəallaşmasına çalışır. Bu səbəbdən də Türkiyə və Qatar bir tərəfdə, Misir,  BBƏ və Səudiyyə Ərəbistanı isə digər tərəfdə bölgədə öz maraqlarını təmin etməyə çalışır. 
Ekspertlərdən biri qəzetə deyib ki, Suriya, İraq,  Qəzza və Liviyada baş verənlər yuxarıda qeyd olunan ölkələrin bir-birinə qarşı apardığı siyasətin nəticəsidir.

musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin