İsrailli nazirin öz evində Mahmud Abbasla GİZLİ GÖRÜŞÜ: NƏDƏN DANIŞIBLAR?

Hazırda oxunan: İsrailli nazirin öz evində Mahmud Abbasla GİZLİ GÖRÜŞÜ: NƏDƏN DANIŞIBLAR?

53010

İsrailin müdafiə naziri, Kahol-Lavan partiyasının lideri Beni Gantz Roş Ha-Ayindəki evində Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüş keçirib. 

Bizim.Media xəbər verir ki, görüş təkbətək danışıqlar da daxil olmaqla iki saat yarım davam edib. 

Şimon Peresin dəfn mərasimində Fələstin liderinin iştirakını nəzərə almasaq, bu, Abu Mazenin 2010-cu ildən bəri İsrailə ilk səfəridir.

İsrail mediası yazır ki, İsrailin baş naziri Naftali Bennet qarşıdakı görüş barədə məlumatlandırılıb. Media qeyd edib ki, tərəflər görüş zamanı fotoşəkillərin çəkilməməsi ilə bağlı razılığa gəliblər.

İsrailin müdafiə naziri qonağa Qüdsün əvvəlki razılaşmalar fonunda iqtisadi əməkdaşlıq məsələlərində tərəflər arasında etimad yaratmaq niyyəti barədə məlumat verib. “Globes” xəbər verir ki, görüş iştirakçıları İsraildə iş icazəsi ala biləcək muxtariyyət sakinlərinin sayının artırılmasını müzakirə ediblər.

“Likud” partiyası İsrailin müdafiə naziri ilə Fələstin muxtariyyətinin liderinin görüşünü sərt şəkildə tənqid edib. 

"Bennetin İsrail-Fələstin hökuməti Abu Mazeni və fələstinliləri yenidən gündəmə gətirir. İsrailin təhlükəsizliyi üçün təhlükəli güzəştlər yalnız an məsələsidir. Bennet-Saar-Lapid hökuməti İsrail üçün təhlükəlidir". Bu sətirlər partiyanın Twitter səhifəsində yer alıb. 

Həmas rəsmiləri də görüşü tənqid edərək, bunu "Fələstin xalqının kürəyindən bıçaqlanması" adlandırıblar. Təşkilatın bəyanatında Abu Mazenin Fələstin xalqının maraqlarını təmsil etmədiyi iddia edilir.
2021-ci ilin avqustunda Beni Gantz Ramallahda Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas ilə danışıqlar aparıb.

Bu, yüksək səviyyəli İsrail rəsmisinin Fələstin lideri ilə 2010-cu ildən bəri ilk görüşü olub. Görüş daha sonra İsrailin baş naziri ilə ABŞ prezidenti arasında ilk şəxsi söhbətdən iki gün sonra baş tutub. Ağ Evdəki danışıqlarda Fələstin mövzusu vurğulanmayıb, tərəflər yalnız regionda sülh və firavanlığa nail olmaq üçün səy göstərmək niyyətlərini bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin