Avstraliyalıya 9999-cu ilə qədər İsraili tərk etmək qadağan edilib.
Bizim.Media News.com.au nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı Noam Huppert 2013-cü ildən İsraildə ilişib qalıb və yerli qanunvericiliyə görə ondan 3 milyon dollardan çox aliment ödəmək tələb olunub. Bu səbəbdən onun ölkədən çıxışına qadağa qoyulub.
Keçmiş həyat yoldaşı 2011-ci ildə İsrailə qayıtdıqdan sonra 2012-ci ildə Naom Huppert iki uşağına daha yaxın olmaq üçün bu ölkəyə köçüb.
Qadın İsrail məhkəməsində ona qarşı iddia qaldırıb. İsrail məhkəməsinin qərarına görə, Huppert 31 dekabr 9999-cu ilə qədər İsraili tərk edə bilməz, çünki o, 8000 il həbs cəzasına məhkum edilib və hər iki övladına 18 yaşınadək hər ay 5000 İsrail pulu ödəməlidir.
Naom Huppert bütün məbləği ödəməyənə qədər heç bir halda nə məzuniyyətə nə də işlə bağlı İsraili tərk edə bilər.
Əczaçılıq şirkətində analitik kimyaçı kimi çalışan Naom Huppert deyib ki, o, sadəcə İsraildən olan qadınla evli olduğu üçün “İsrail ədalət sistemi” tərəfindən təqib edilən Avstraliya vətəndaşlarından biridir.
Huppert qeyd edib ki, o, bu hekayəni Avstarliyada “belə təcrübə" ilə qarşılaşa biləcək insanlara kömək etmək üçün paylaşır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:49 / 29.12.2021
Avstraliyalı kişi 9999-cu ilə qədər İsraili tərk edə bilməz – SƏBƏB
Hazırda oxunan: Avstraliyalı kişi 9999-cu ilə qədər İsraili tərk edə bilməz – SƏBƏB
Hazırda oxunan: Avstraliyalı kişi 9999-cu ilə qədər İsraili tərk edə bilməz – SƏBƏB
52988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.