Rusiya humanitar karvanı Ukraynadan geri qayıdıb

Hazırda oxunan: Rusiya humanitar karvanı Ukraynadan geri qayıdıb

52978
Avqustun 23-də Rusiyaya məxsus humanitar karvan Ukraynadan geri qayıdıb. 


Moderator.az məlumat verir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukrayna nümayəndəliyi bəyan edib.

Ukrayna ərazisindən 220 yük maşınının çıxdığı qeyd olunub.

Rusiya Fövqəladə Hallar Nazirinin müavini Eduard Çijikov jurnalistlərə açıqlamasında bütün yük maşınlarının Ukrayna və Rusiya gömrük və sərhəd xidmətləri tərəfindən yoxlandığını bildirib: “Heç bir narazılıq qeydə alınmayıb. Bütün maşınlar boş vəziyyətdə qayıdıb. Media nümayəndələri özləri bunun şahidi oldular”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin