Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edəcək.
Daha ətraflı videodan izləyin:
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:55 / 29.12.2021
Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam edir - VİDEO
Hazırda oxunan: Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam edir - VİDEO
Hazırda oxunan: Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam edir - VİDEO
52967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.