Britaniyanın baş naziri Hindistana gedəcək

Hazırda oxunan: Britaniyanın baş naziri Hindistana gedəcək

5295

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayında Hindistana səfər edəcək.

Bizim.Media-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Qeyd edilib ki, B. Consonun Baş nazir kimi Hindistana ilk səfəri olacaq.

Səfərin məqsədi iki ölkə arasında ticarət, investisiya əlaqələrini və iqlim dəyişikliyi mövzusunda birgə əməkdaşlığı gücləndirməkdir. 

B. Conson Hindistanda Respublika Günü paradına da qatılacaq.

Qeyd edək ki, baş nazir Hindistanın Sakit okean regionunda əsas oyunçu olaraq Birləşmiş Krallıq üçün getdikcə əvəzolunmaz bir tərəfdaşa çevrildiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin