Volqoqradda öldürülən azərbaycanlı tələbənin anası: “Bu, qeyri-ruslara qarşı...”

Hazırda oxunan: Volqoqradda öldürülən azərbaycanlı tələbənin anası: “Bu, qeyri-ruslara qarşı...”

52902

Rusiya Günündə Volqoqradda bıçaqlanaraq öldürülən azərbaycanlı tələbənin anası İrina Qavrilova Volqoqrad məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. 

Bizim.Media xəbər verir ki, qadın Vitali Vasilyevə verilən cəza ilə razılaşmayıb.

Volqoqrad-Online xatırladır ki, 2020-ci ilin yayında Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi Timur Qavrilovun vəhşicəsinə qətlə yetirilməsi xəbəri əks-səda doğurmuşdu.

Volqoqrad sakini Vitali Vasilyev 17 yaşlı azərbaycanlının izinə düşəndən sonra onu ağaca sıxaraq bir neçə ölümcül bıçaq xəsarəti yetirib. 

Qatilin tapılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına kömək edə biləcək hər hansı bir məlumat üçün qubernator Andrey Boçarov mükafat təyin edib. 

Xüsusilə ağır cinayətin açılmasına Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin xüsusi təyinatlıları, cinayət axtarışının əməkdaşları və Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq İdarəsinin əməkdaşları cəlb olunub. 
Küçə müşahidə kameralarından alınan böyük həcmli videogörüntülər iddia edilən qatilin marşrutunu cızmağa kömək edib və onun şəxsiyyətinin və harada olduğunun müəyyən edilməsinə səbəb olub. 

Qatil Volqoqradlı Vitali Vasilyev olub. Mayın 18-də Volqoqrad Vilayət Məhkəməsində öldürülən tələbənin anası oğlunun qatili ilə üz-üzə gəlib. Vitali Vasilyev vəkilinin göstərişi ilə qadından bağışlanmasını istəyib. 

İrina Qavrilova onun tövbəsinə inanmayıb. 2021-ci il oktyabrın 27-də Vitali Vasilyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Lakin nə övladını itirən ana, nə də onu oğlundan məhrum edən şəxs məhkəmənin hökmü ilə razılaşmayıb.

“O, Yeni ili qeyd edə bilər, anası bayram üçün bağlamalar gətirəcək, amma mən nə edim? Mən ancaq oğlumun yanına gedib mərmər daşının üstünə yeni il oyuncaqlarını düzə bilərəm. Və vicdan əzabı çəkməyən bu adam hökmdən birinci apellyasiya şikayəti verməyə çalışır. Hansı üzrxahlıqdan danışmaq olar? O, qətlə görə üzr istədi.

Bu necə ola bilər?! - İrina Qavrilova deyib. - O, 19 il həbs cəzası alıb, onun iki ilini artıq çəkib, belə çıxır ki, 42 yaşında azadlığa çıxacaq. Çıxıb yenə uşaqları öldürəcək? İndi ömürlük oturan o yox, mənəm. Amma belə olmalıdırmı?".
İrina Qavrilova Vitali Vasilyevə ömürlük həbs cəzası verilməsində israrlıdır:

“İndi necə yaşadığımı bilirsinizmi? Otaqdan otağa keçirəm, oğlumun məzarına gedirəm. Hər şey bununla bitir. Bu mənim bütün həyatımdır. Uşağımı Rusiya Günündə üzərində “Rusiya” yazılmış köynək geyinərək öldürüb. Bu, qeyri-ruslara, oğluma qarşı səs-küylü mesaj idi”.

Hər iki şikayətə iki aydan sonra Soçi Üçüncü Apellyasiya Məhkəməsində baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin