Qanunsuz əmək miqrantları Rusiyadan çıxarılacaq – YENİ QANUN qüvvəyə minir

Hazırda oxunan: Qanunsuz əmək miqrantları Rusiyadan çıxarılacaq – YENİ QANUN qüvvəyə minir

52883

Yanvarın 1-dən qeyri-qanuni əmək fəaliyyətinə görə əcnəbi vətəndaşlar nəinki cərimələnə, hətta Rusiyadan çıxarıla bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin saytında yer alıb.

Mənbə yazır ki, 2020-ci ilin mart ayından etibarən 7 milyondan çox əcnəbi icazə sənədi alıb, o cümlədən 1,5 milyon əcnəbi ölkədə olmalarının qanuniliyini tənzimləyib.

"İdarə 2022-ci il yanvarın 1-dən qeyri-qanuni işə görə cərimələrdən əlavə (beş min rubla qədər) əcnəbilərə qarşı Rusiyadan qovulma və ölkəyə qayıtmasına qadağa qoyulması ilə bağlı tədbirlər görülücəyinə diqqət çəkir.

Əmək fəaliyyətinə görə işəgötürənlər hər bir belə işçi üçün 800 min rubla qədər cərimələnə bilər”, - deyə məlumatda bildirilir.
Rusiya Daxili İşlər Nazirliyi 31 dekabr 2021-ci il tarixinədək işləmək üçün sənədləri olmayan əcnəbilərə təcili olaraq daxili işlər orqanlarına müraciət etmələrini tövsiyə edir. Bundan əlavə, işəgötürənlər əcnəbilərlə əmək münasibətlərini rəsmiləşdirməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin