Ermənidən betər fransızlar...

Hazırda oxunan: Ermənidən betər fransızlar...

52847
Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində əsir düşən və qəflətən ölən erməni diversant Karen Petrosyan haqqında bəyanat yayıb.

Moderator.azn məlumatına görə, XİN-in mətbuat katibi Romen Nadal bildirib ki, Fransa Karen Petrosyanın ölümünə görə dərin narahatlıq hissi keçirib.

"Fransa Karen Petrosyanın ailəsinə baş sağlığı verir. Biz Azərbaycanı onun ölüm səbəbini aydınlaşdırmağa və meyitini qaytarmağa çağırırıq", - deyə Nadal bildirib.

Erməni diversantın ölümünə görə narahat olan Fransa Kəlbəcərə valideynlərinin qəbrini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər tərəfindən girov götürülməsinə və Həsən Həsənovun öldürülməsinə heç bir reaksiya verməyib. Bu günə qədər Fransa sadə Azərbaycan vətəndaşı Həsən Həsənovun ölüm səbəblərinin aydınlaşdırılması, onun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırış etməyib.

Qeyd edək ki, avqustun 7-də Azərbaycan əsgərləri cəbhə xəttini keçmək istəyən 4 erməni diversantından üçünü məhv etmişdi. Karen Petrosyan isə əsir götürülmüşdü. Lakin avqustun 8-də erməni diversant qəflətən ölmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin