İsrail Suriyanın Latakiya bölgəsini bombaladı: Rusiya aviabazası orada yerləşir

Hazırda oxunan: İsrail Suriyanın Latakiya bölgəsini bombaladı: Rusiya aviabazası orada yerləşir

52806

İsrail Hərbi Hava Qüvvələri dekabrın 28-nə keçən gecə Suriyanın əsas dəniz limanı olan Latakiya bölgəsindəki hədəfləri bombalayıb.

Bizim.Media Suriya mətbuatı istinadən xəbər verir ki, hadisə yerində yanğın başlayıb. 

SANA agentliyi hücumun limanın yanğına qərq olmuş konteyner sahəsinə yönəldiyini iddia edir.

Həmçinin Suriya mənbələrindən alınan məlumata görə, bir neçə ev, xəstəxana və turizm obyektlərinə ziyan dəyib. Hələlik itkilər barədə məlumat verilmir.

Vesty.co.il yazır ki, Rusiya mətbuatı Latakiyaya hücumla bağlı xəbərlər yayaraq, Rusiyanın Xmeymim aviabazasının yaxınlıqda yerləşməsinə diqqət çəkib.

Xəbər agentlikləri hücumu dəf etmək üçün Suriyanın hava hücumundan müdafiə vasitələrinin istifadə edildiyini, lakin onlar öz tapşırığının öhdəsindən gəlmədiyini vurğulayırlar. Suriya ordusundakı mənbə SANA nəşri bildirib ki, zərbə gecə saat 3:21-də Aralıq dənizindən endirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin