Cinayətləri PROKUROR CİHAZ araşdıracaq

Hazırda oxunan: Cinayətləri PROKUROR CİHAZ araşdıracaq

52780

Çində alimlərin cinayətləri araşdırmaq üçün süni intellekt hazırladıqları açıqlanıb. 

Bizim.Media xəbər verir, yeni sistem 97 faiz dəqiqliklə işləyə biləcək. 

Cihaz 2015-ci ildən 2020-ci ilə qədər 17 mindən çox cinayət işindən toplanan məlumatlardan istifadə edilərək quraşdırılıb.

Qurğu vasitəsilə internet fırıldaqçılığı, oğurluq daxil olmaqla Şanxayda ən çox danışılan 8 cinayətin üstünün açılmasında istifadə olunacaq. 

Layihənin aparıcı alimi Şi Yonq A-nın sözlərinə görə, sistem polislərin gündəlik iş yükünü xeyli azaldacaq. 

Qeyd edək ki, cihaza “prokuror” maşını adı verilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin