"GOOGLE" əməkdaşları 2021-ci ilin sentyabr ayına qədər evdən işləyəcəklər.
Bizim.Media-nın xəbərinə görə, bu barədə NBC telekanalı şirkətin rəhbəri Sundar Piçainə istinadla məlumat yayıb.
Məlumata görə, Google pandemiya səbəbindən işçilərinin ofisdə xidmətini 2021-ci ilin sentyabr ayına qədər təxirə salıb.
Şirkət, həmçinin həftə ərzində ən azı 3 gün ofisdə işləməyi nəzərdə tutan "dəyişilən iş qrafiki"ni sınaqdan keçirmək niyyətindədir.
Xatırladaq ki, bu ilin iyulununda "The Wall Streen Journal" GOOGLE işçilərinin koronavirus səbəbindən 2021-ci ilin iyul ayına qədər distant işləyəcəklərini bildirmişdi.
Qeyd edək ki, ABŞ, virusa yoluxanların sayına görə, dünyada liderdir. Bu günə kimi, ölkədə 16 milyondan çox insan COVİD-19 -a yoluxub, 300 min nəfər isə həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:19 / 15.12.2020
“Google” dəyişən qrafiklə işləyəcək
Hazırda oxunan: “Google” dəyişən qrafiklə işləyəcək
Hazırda oxunan: “Google” dəyişən qrafiklə işləyəcək
5268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.