“Kim Çen In Ermənistanda baş verənləri görsəydi, paxıllıqdan ölərdi” – Robert Köçəryan

Hazırda oxunan: “Kim Çen In Ermənistanda baş verənləri görsəydi, paxıllıqdan ölərdi” – Robert Köçəryan

52670

“Ermənistan daha hüquqi dövlət hesab edilmir”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan dekabrın 27-də keçirdiyi mətbuat konfransında səsləndirib.

"Yerli özünüidarə orqanlarına seçkilər zamanı və ondan sonra baş verənlər hakimiyyətdən başını itirmiş diktatorlar üçün sadəcə master klassdır.

Kim Çen In Ermənistanda baş verənləri görsəydi, paxıllıqdan ölərdi. Bu, Ermənistanın tarixində heç vaxt baş verməyib.Vanadzor, Gorus, Talin, Masis və bir sıra başqa şəhərlərdə baş verənləri hətta xəstə təxəyyüllə belə təsəvvür etmək mümkün deyil. Bu, inzibati və hüquqi atraksiondur”. İkinci prezident belə deyib.

Ermənistan Prokurorluğunun işi ilə bağlı Köçəryan bunları qeyd edib: "Prokurorluğun çox maraqlı mövqeyi var. O, qanunvericilik və Konstitusiyanın deyil, "rəngli hakimiyyətin” müdafiəçisinə çevrilib. Prokurorluğun ya hüquqla, ya vicdanla, ya da hər ikisi ilə çətin münasibətləri var.
Belə bir aforizm var: "Əgər heç vaxt istifadə etməsən, vicdanının təmiz olduğunu düşünə bilərsənmi?" Söhbət bizim prokurorluqdan gedir.

Ermənistan “demokratiya” qalasından cəhalət və qanunsuzluq qalasına çevrilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin