Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi şöbəsinin müdiri İsmayıl Dəmir “Twitter” hesabında məlumat verib.
“Milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR O+ inventara girməzdən əvvəl son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. HİSAR O+ hazırda bütün elementləri ilə tam gücü ilə işləyir", - deyə İ.Demir əlavə edib.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media