NASA “James Webb”ə ilk korreksiyanı etdi – 10 milyard dollarlıq riskli layihənin DETALLARI

Hazırda oxunan: NASA “James Webb”ə ilk korreksiyanı etdi – 10 milyard dollarlıq riskli layihənin DETALLARI

52508

ABŞ-ın Aerokosmik agentliyi NASA-nın mütəxəssisləri “James Webb” teleskopunun hərəkətinə birinci korreksiyanı ediblər.

Bizim.Media xəbər verir ki, 65 dəqiqə davam edən proses uğurla yekunlaşıb.

MÖVZU İLƏ BAĞLI:

NASA "James Webb” teleskopunu kosmosa göndərdi


Növbəti günlərdə daha 2 düzəlişin həyata keçirilməsi planlaşdırılır. Məqsəd teleskopun öz orbitinə nəzərdə tutulan vaxtda yerləşə bilməsidir.

Qeyd edək ki, startdan 27 dəqiqə sonra, Yerdən 1400 km yüksəklikdə teleskop daşıyıcı raketdən ayrılaraq müstəqil şəkildə yol qət etməyə başlayıb.

Bir neçə saniyə sonra teleskopun Günəş panelləri açılaraq avadanlığı enerji ilə təmin etməyə başlayıb. NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan “James Webb” teleskopunun orbitə qaldırılması üçün 10 milyard dollardan çox vəsait xərclənib.

Fransa Qvianasındakı Kuru poliqonundan fəzaya qaldırılan teleskopun istismar müddəti 10 ildir. Yerdən 1,5 milyon km məsafədə işləyəcək cihazın öz orbitinə yerləşməsi təxminən 1 ay sonra baş verəcək.

Teleskopun əsas məqsədi Böyük Partlayışdan sonra yaranmış ilkin qalaktika və ulduzların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər.

Teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır.

Teleskopun diametri 6,5 metrə bərabər olan əsas güzgüsü 18 bölmədən ibarətdir və əsas güzgünün sahəsi "Hubble" teleskopuna nisbətdə 7 dəfə böyükdür. Kosmik gəmiyə yerləşsin deyə 18 hissəyə bükülən şəkildə hazırlanıb.

Layihə olduqca riskli hesab olunur. Yer kürəsinin kölgəsində (görməsinin məhdudlaşdırılmaması üçün üzərinə gün işığı düşməməlidir) ondan 1.5 milyon kilometr aralıda fəaliyyət göstərəcək teleskopun maliyyəsi ABŞ konqresi tərəfindən dəfələrlə kəsilsə də, alimlərin təkidi ilə layihə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin