Rusiyanın tanınmış yazıçısı Albert Lixanov vəfat etdi

Hazırda oxunan: Rusiyanın tanınmış yazıçısı Albert Lixanov vəfat etdi

52439

Rusiyalı yazıçı və ssenarist Albert Lixanov 86 yaşında vəfat edib. 

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İctimai Palatası məlumat yayıb.

Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Albert Lixanov 1935-ci il sentyabrın 13-də Kirov şəhərində anadan olub.

1958-ci ildə Ural Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Komsomolskoye plemya” qəzetinin və “Smena” jurnalının baş redaktoru vəzifələrində çalışıb. 1991-ci ildən Rusiya Uşaq Fondunun idarə heyətinin sədri və Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti olub.

"Mənim generalım" (1975), "Xoş niyyətlər" (1980), "Təmiz çınqıllar" (1985), "Yüksək cəza" (1985), "Aldatma" (1986), "Günahsız sirlər" (2005) kitablarının müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin