Rusiya pasportu əldə edən erməni Qarabağda qalmaz – SƏBƏB

Hazırda oxunan: Rusiya pasportu əldə edən erməni Qarabağda qalmaz – SƏBƏB

5232

Teleqram kanalının yayımladığı məlumata görə, hazırda Qarabağa yerləşdirilən ermənilərə paralel olaraq Rusiya pasportları da təqdim edilir. Bu məlumat, Rusiya Qrabağda nə etməyə hazırlaşır, sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqları nə vaxtdan Rusiyanın anklavı oldu kimi, suallar yaradıb.

Bizim.Media yayılan xəbərlə bağlı ekspertlərdən münasibət öyrənib. Millət vəkili Razi Nurullayev öz açıqlamasında bildirib ki, Rusiya pasportu alan erməni həmin ərazidə qala bilməz, Qarabağı tərk etməlidir:

“Bu xəbərlərin nə doğru olub-olmamısını deyə bilmərəm. Təbii ki, Rusiya tərəfi bu və ya digər şəkildə müəyyən məsələləri düşünə bilər, amma Azərbaycan danışaqlara tez başlamalıdır. Ümumiyyətlə, Dağlıq Qarabağda yaşayan ermənilərin, zonaya giriş-çıxış edənlər barədə Azərbaycan tərəfinin də məlumatı olmalıdır. Çünki Dağlıq Qarabağ da Azərbaycanın suveren ərazisidir və ora gəlib, gedənləri Azərbaycan hərbçiləri də yoxlamalıdır. Bu məsələlər birmənalı olaraq, artıq gündəmə gətirilməlidir”.

Politoloq Fərhad Məmmədov isə bildirib ki, Telegram kanallarına çox da bel bağlamaq olmaz, orada feyk xəbərlər baş alıb gedir:

“Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi bir az inandırıcı xəbər deyil. Rusiya pasportu əldə edən ermənilər dərhal Qarabağı tərk edib, Moskva, yaxud Rusiyanın digər şəhərlərinə üz tutacaq. Çünki təkcə bu illər ərzində yüzminlərlə erməni Rusiyaya gedib və bəziləri vətəndaşlıq da ala bilib, orada işləyir, yaşayır. Erməni diskusiyalarına fikir versəniz, özünüz də görərsiniz ki, onlar özləri Qarabağda yaşamaqla bağlı narahatdırlar. Deyirlər ki, lap bu qışı orada necəsə qala bildik, bəs sonra? Geri qayıtmaq istəmirlər”.

Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti, XİN də bəyan edib ki, silahlı təxribatlar olmasa, biz Qarabağda ermənilərin inteqrasiyası ilə məşğul olacağıq:

“Bunun üçün müəyyən təkliflər formalaşdırılmalı, hüquqi baza yaradılmalıdır. Qarabağda ermənilərə Rusiya pasportlarının paylanılması isə, sırf provokasiyadır. Azərbaycan və Rusiya sülhməramlıları arasında bir nifaq salmağa çaılışırlar. Ermənistan da daxil, bəzi qərb ölkələri bunu arzulayır”deyən politoloq əlavə etdi ki, belə təxribatlardan uzaq olmaq üçün rəsmi informasiyalara istinad olunmalıdır.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin