Türkiyə şokda: ABŞ PKK-ya “M82” snayperləri verir

Hazırda oxunan: Türkiyə şokda: ABŞ PKK-ya “M82” snayperləri verir

52265
Şimali İraq kürd rəhbərliyinin silahlı qüvvələri olan peşmərgə “İraq Şam İslam Dövləti” (İŞİD) ilə mübarizə aparmaq üçün ABŞ və Avropa ölkələrindən ağır silahlar alacaq. Snayperlərin isə terror təşkilatı PKK-ya verilməsi gündəmdədir.
 
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Peşmərgə Nazirliyinin sözçüsü Halgord Hikmət ABŞ-ın indiyə kimi yüngül silah verdiyini, İŞİD-i məğlub etmək üçün isə ağır silahlara da ehtiyac olduğunu söyləyib.
 
Nazirlik sözçüsü ABŞ və Avropa ölkələrindən ağır silahlar almaq üçün müqavilə bağlanılacağını deyib. Bu gün ABŞ və İngiltərədən sonra Fransa ilə Almaniya da peşmərgə güclərinə silah yardımı edəcəklərini açıqlayıb.
 
Türkiyənin “Vatan” qəzeti isə bu gün maraqlı bir iddia ilə çıxış edib. İddiaya görə, ABŞ-ın peşmərgələrə verdiyi “M82” snayperlərin PKK terror təşkilatına verilməsi də gündəmdədir.
 
“M82” snayperlərin güllələri 1800-2 min metr uçuş məsafəsinə malikdir. Silah yüngül zirehli texnikanı deşə biləcək gücdə hazırlanıb. “M82” snayperlərindən Türkiyə ordusunda da istifadə edilir. Silahların terror təşkilatı PKK-nın əlinə keçməsi isə Türkiyə üçün təhlükəsizlik baxımından böyük təhlükə kimi qiymətləndirilir.
 


publika.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin