Rus hakerlər ABŞ maliyyə sistemlərini ələ keçirdi

Hazırda oxunan: Rus hakerlər ABŞ maliyyə sistemlərini ələ keçirdi

5223

Rus hakerləri ABŞ Maliyyə, Milli Telekommunikasiya və İnformasiya İdarəsinin (NTIA) sistemlərinə müdaxilə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” və “The Washington Post” məlumat yayıb.

Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan “Cozy Bear hakerləri, departament işçilərinin elektron ünvanlarına daxil olmağı bacarıblar.

Kiberhücumun ABŞ hökumətinə xidmət edən "SolarWinds" adlı İT şirkətinin yeniləmələri vasitəsilə həyata keçirildiyi güman edilir.

Qeyd edək ki, ABŞ hökumət sistemlərinə edilən bu haker müdaxiləsi son 5  ildə ən böyük hücumlardan biri hesab olunur.

Xatırladaq ki, Federal Təhlükəsizlik Xidmətinə bağlı olan “Cosy Bear”, başqa bir qrup “Fancy Bear” (Baş kəşfiyyat idarəsi ilə əlaqəli) ilə birlikdə əvvəllər Demokratlar Partiyasının rəhbərliyinin, Hillari Klintonun baş qərargah rəisi, Jon Podesta və digər siyasətçilərin yazışmalarını sındırmaqda günahlandırılmışdı.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin